Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sabah yağışlı hava davam edəcək - PROQNOZ

Sabah yağışlı hava davam edəcək - PROQNOZ

Tarix: 17 Oktyabr 2022 13:00

Oktyabrın 18-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sonxeber.net-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, axşam tədricən kəsiləcəyi gözlənilir. Gün ərzində şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 14-16° isti, gündüz 19°-dək isti, Bakıda gecə 14-16° isti, gündüz 19°-dək isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 13-17° isti, gündüz 19-24° isti, dağlarda gecə 3-6° isti, gündüz 7-12° isti olacaq.


Etiketlər:  Sabah yağışlı hava davam edəcək PROQNOZ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ