Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Oktyabr 2022 14:04
Yaponiya hökuməti 2023-cü maliyyə ilində ordunun uzunmüddətli hərbi əməliyyatlar aparmaq qabiliyyətini gücləndirməyi planlaşdırır.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Yaponiyanın Baş naziri Fumio Kişida söyləyib.
"Vacib məqamlardan biri uzunmüddətli hərbi əməliyyatlar aparmaq üçün potensialın formalaşdırılması, eləcə də müvafiq müdafiə strukturlarının gücləndirilməsi olacaq", - baş nazir vurğulayıb.