Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Taliban” 250 min dolların İrana keçirilməsinin qarşısını aldı

“Taliban” 250 min dolların İrana keçirilməsinin qarşısını aldı

Tarix: 17 Oktyabr 2022 15:34

"Taliban" Əfqanıstanın Herat əyalətindən İrana qaçaqmalçılıq yolu ilə pul keçirmək cəhdinin qarşısını alıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə bazar günü radikal hərəkatın yaratdığı Əfqanıstan hökumətinin Müdafiə Nazirliyi məlumat yayıb.

"Saxlanılan şəxs Herat əyalətindən İrana qaçaq yolla 250 min dollar keçirməyə cəhd edib. Əməliyyat zamanı məlum olub ki, həmin şəxs pulu avtomobil oturacağında gizlədib", - deyə məlumatda bildirilib.

"Taliban" şübhəlinin kimliyi, eləcə də bu məbləğin mənbəyi barədə ətraflı məlumat verməyib.


Etiketlər:  Taliban dolların İrana keçirilməsinin qarşısını aldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ