Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Piyada zolağı var, ancaq istifadə etmək olmur - VİDEO

Piyada zolağı var, ancaq istifadə etmək olmur - VİDEO

Tarix: 17 Oktyabr 2022 18:22

Bakının mərkəzi küçələrindən birində piyada zolağı qaydalara uyğun çəkilməyib. Belə ki, piyada keçidi ağacların basdırıldığı qapalı əraziyə çıxır. Nəticədə də yoldan istifadə edən piyadalar təhlükə ilə üz-üzə qalırlar. Maraqlısı budur ki, zolağın niyə belə çəkilməsi haqda aididyyatı qurumlara sorğu ünvanlasaq da, bildirildi ki, işin hansı qurum tərəfindən görüldüyü məlum deyil.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, zolağın çəkilişində səhvə yol verilib.. Piyadalar təhlükə ilə üz-üzə qalırlar.

Paytaxtın Tblisi prospekti 107 ünvanında piyadalar üçün keçid düzgün hazırlanmayıb. Belə ki, piyada keçidi ağacların basdırıldığı qapalı əraziyə çıxır. 

Sakinlər bildirir ki, piyada zolağından gün ərazində bir neçə dəfə keçirlər, bu hal isə onların işini çətinləşdirir.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən  bildirildi ki, piyada keçidinin nə vaxt, hansı qurum tərəfindən çəkildiyi araşdırılır. Nəticəsindən asılı olaraq tədbir görüləcək.

Milli.Az


Etiketlər:  Piyada zolağı var ancaq istifadə etmək olmur VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ