Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Təyyarədə elə bir qoxu yayıldı ki, bütün sərnişinlər iyə görə qusdular

Təyyarədə elə bir qoxu yayıldı ki, bütün sərnişinlər iyə görə qusdular

Tarix: 17 Oktyabr 2022 20:04

"American Airlines"a məxsus təyyarə sərnişinlərdən birinin əl yükündən gələn aseton qoxusunun göyərtədə kütləvi qusmaya səbəb olmasından sonra təcili olaraq hava limanına qayıdıb.

Milli.Az bildirir ki, bu barədə "Daily Mail" yazıb.

Oktyabrın 12-də Mayamidən Barbadosa uçan "American Airlines" reysi bir neçə sərnişinin səhhəti pisləşdiyi üçün uçuş hava limanına qayıtmalı olub. Qeyd olunub ki, turistlərdən birinin əl yükündən gəldiyi iddia edilən kəskin asetonun qoxusuna görə insanlar qusmağa başlayıb.

Təyyarə eniş etdikdən sonra xüsusi təyinatlı əraziyə göndərilib, yanğınsöndürmə və xilasetmə xidməti tərəfindən orada yoxlanılıb. Sərnişinlər və ekipaj üzvləri təxliyə edilib, aviaşirkətin 5 əməkdaşı ehtiyat tədbiri olaraq tibb məntəqəsinə yerləşdirilib. Sərnişinlərin otelə yerləşdirildiyi, uçuşun növbəti günə dəyişdirildiyi qeyd edilib.

Səhiyyə və Rifah Xidmətinin məlumatına görə, aseton buxarını tənəffüs etmək burun, boğaz, ağciyər və gözləri qıcıqlandıra bilər. Həmçinin, uzun müddət məruz qalma ilə qoxu baş ağrısı, başgicəllənmə, çaşqınlıq, ürəkbulanma və qusmaya səbəb ola bilər.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Təyyarədə elə bir qoxu yayıldı ki bütün sərnişinlər iyə görə qusdular


RƏYLƏR