Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

25 il əvvəlki əməliyyatda sağ qalan yeganə kəşfiyyatçımız - VİDEO

25 il əvvəlki əməliyyatda sağ qalan yeganə kəşfiyyatçımız - VİDEO

Tarix: 17 Oktyabr 2022 20:20

Birinci Qarabağ Müharibəsində əsir düşməmək üçün özlərini partladan 7 kəşfiyyatçımızın ölümündən 25 il ötür. 1997-cı il aprel ayının 7-də Azərbaycanın xüsusi təyinatlı kəşfiyyat qrupunun döyüş tapşırığını yerinə yetirən oğulları daha bir qəhrəmanlıq dastanına çevrilir. Sevgisi vətən olan şəhidlərimizi ehtiramla anırıq.

1997-ci il aprelin 7-də iki kəşfiyyat qrupu xüsusi tapşırıqla Qarabağa göndərilir. Qrup düşmənin arxasına keçərək tapşırığı yerinə yetirir. İkinci kəşfiyyat qrupu isə qızğın döyüşlərdən sonra düşmən tərəfindən mühasirəyə alınır. Təslim haqqında təklif döyüşçülərimiz tərəfindən rədd edildikdən sonra yenidən ağır döyüş başlayır.

Ehtiyatda olan palkovnik Xətai Baxışovin sözlərinə görə 1997-ci ilin 10 aprel tarixində düşmən arxasına keçərək kəşfiyyat əməliyyatı aparan zaman mühasirəyə düşən, ancaq təslim olmayaraq sona qədər döyüşüb şəhid olan 7 xüsusi təyinatlı döyüşçümüzün nəşi 6 aydan sonra Bakıya gətirilir.

Torpaqlarımızın azadlığı uğrunda canından keçən 7 şəhiddən yalnız biri evil olub. Ölümündən 5 ay sonra onun oğul övladı dünyaya gəlib.  Vüqar Yarəhmədov atasının xatirələri ilə böyüdüyünü deyir.

Bu gün şəhid kəşfiyyatçıların ailə üzvləri, silahdaşları, Müdafiə Nazirliyinin rəsmiləri, Qarabağ döyüşçüləri , QHT təmsilçilərinin iştirakı ilə şəhidlərimizin II Fəxri xiyabandakı məzarları ziyarət edilib. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Milli.Az


Etiketlər:  25 il əvvəlki əməliyyatda sağ qalan yeganə kəşfiyyatçımız VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ