Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

UEFA-dan Türkiyə yığmasına CƏZA

UEFA-dan Türkiyə yığmasına CƏZA

Tarix: 17 Oktyabr 2022 22:28

UEFA Türkiyə millisini Lüksemburqla İstanbulda keçirilən oyunu zamanı meydana kənar əşya atıldığı üçün cəzalandırıb.

Milli.Az xəbər verir ki, bu barədə təşkilatdan məlumat verilib.

Bildirilib ki, sentyabrın 22-də Türkiyənin Lüksemburqu qəbul etdiyi UEFA Millətlər Liqası matçında baş vermiş hadisələrlə bağlı intizam istintaqı yekunlaşıb.

Qurumun qərarına əsasən komandaya tribunaların qismən bağlanması cəzası verilib və cərimə kəsilib.

Bildirilib ki, Türkiyə seçməsi UEFA-nın bayrağı altında keçiriləcək növbəti oyunda tribunalarda 5000 yeri boş saxlamalı olacaq.

Bununla yanaşı, Türkiyə Futbol Federasiyası 25 min avro cərimə ödəyəcək. (publika.az)

Milli.Az


Etiketlər:  UEFA Türkiyə yığmasına CƏZA


RƏYLƏR