Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlıdan uşaq istəyən Buzova kiminlə sevgilidir?

Azərbaycanlıdan uşaq istəyən Buzova kiminlə sevgilidir?

Tarix: 18 Oktyabr 2022 11:45

Rusiyalı müğənni Olqa Buzova yeni münasibətə bağladığını açıqlayıb.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, ifaçı, bu barədə "mk.ru"ya müsahibəsində deyib. Buzova bildirib ki, hazırda onu bəyənən birinin olduğunu etiraf edib.

Müğənni bunda təəccüblü heç nə olmadığını əlavə edib:

"Danışacaqları və susacaqları olan ləyaqətli bir qızam. Niyə mənim sevgilim olmasın?".

Aktrisa qeyd edib ki, hazırda ailə qurmağı planlaşdırmır. Onun sözlərinə görə, hazırda yaşadığı mühitdə nikah bağlamaq istədiyi biri yoxdur. Bununla belə, Buzova "böyük sevgi" istədiyini inkar etmir:

"Yenidən bu cəfəngiyatı, təlaşı istəyirəm. Amma nə vaxt olacağını və ya olacaqmı, bilmirəm. Bəlkə bu həyatdakı böyük və qlobal missiyam başqa insanlara sevgi bəxş etmək və onları işığım, təbəssüm, enerjimlə doldurmaqdır? Bəlkə də belədir. Bilmirəm, bunu zaman göstərəcək!".

Buzova sonda qısamüddətli münasibət istəmədiyini deyib.

Qeyd edək ki, ifaçı bir müddət əvvəl Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Conidən (Cahid Hüseynli) övlad istədiyini yazmışdı.


Etiketlər:  Azərbaycanlıdan uşaq istəyən Buzova kiminlə sevgilidir


RƏYLƏR