Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ayı tualetə gedən qadına hücum etdi

Ayı tualetə gedən qadına hücum etdi

Tarix: 18 Oktyabr 2022 18:14

Hindistanın Tamil Nadu ştatında çay plantasiyasında qadın dünyanın ən təhlükəli sayılan tənbəl ayının hücumundan sağ çıxıb.

Milli.Az bildirir ki, bu barədə "The Hindu" məlumat yayıb.

Hücum səhər saat 5:00 radələrində plantasiya işçisi Sabitha Kumari çöldəki ictimai tualetə getdiyi zaman baş verib. Bu zaman ayı ona hücum edib.

Kumari köməyə çağırmağa başlayıb. İnsanlar gələnə qədər ayı kolların arasında gizlənib. Yırtıcının hücumu nəticəsində qadın hər iki əlindən xəsarət alıb.

Zərərçəkmiş Valparai xəstəxanasına çatdırılıb və ona ilkin tibbi yardım göstərilib. Daha sonra o, Pollaçidəki rayon xəstəxanasına yerləşdirilib.

Aanaimlai Pələng Qoruğunun meşə təsərrüfatının nümayəndəsi xəstəxanada qadına baş çəkib və ona beş min rupi (50 dollar) məbləğində təzminat verib.

Meşə Xidməti yırtıcı heyvanın hərəkətini izləmək üçün plantasiya ətrafında dörd kamera tələsi quraşdırıb.

Tənbəl ayılara Hindistan, Pakistan, Şri-Lanka, Banqladeş, Nepal və Butanda rast gəlinir. Quru yerlərdə onların hündürlüyü 90 santimetrə çata bilər. Əsasən qarışqalar və termitlərlə qidalanırlar. Təvazökar ölçülərinə baxmayaraq, onlar dünyanın ən təhlükəli ayılarından hesab olunurlar. Son 20 ildə tənbəllərin hücumları nəticəsində yüzlərlə hindistanlı ölüb, minlərlə insan yaralanıb.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Ayı tualetə gedən qadına hücum etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ