Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransadakı səfirimiz erməni diasporuna “təşəkkür” etdi: ''Siz olmasaydınız...''

Fransadakı səfirimiz erməni diasporuna “təşəkkür” etdi: ''Siz olmasaydınız...''

Tarix: 18 Oktyabr 2022 21:48

Fransada diplomatik fəaliyyətini başa vuran səfir Rəhman Mustafayev erməni diasporuna "təşəkkür" edib.

Bu barədə Rəhman Mustafayev çərşənbə axşamı "Twitter" səhifəsində yazıb.

"Fransadakı missiyamı başa vuraraq, bütün bu 5 il ərzində məni ruhdan salmayan və mənim üçün ilham mənbəyi olan erməni diasporuna "təşəkkür" etmək istəyirəm. Siz olmasaydınız, missiyamı başa vurmazdım. Və buna baxmayaraq, mən Azərbaycan və Ermənistan arasında sülh üçün dua edirəm", - o bildirib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Rəhman Mustafayev Azərbaycanın Niderlanddakı səfiri təyin edilib.


Etiketlər:  Fransadakı səfirimiz erməni diasporuna təşəkkür etdi olmasaydınız


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ