Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hacıqabulda avtomobil kanala düşdü - Ölən və yaralanan var

Hacıqabulda avtomobil kanala düşdü - Ölən və yaralanan var

Tarix: 18 Oktyabr 2022 23:00

Hacıqabulda ata və oğlun olduğu avtomobil kanala aşıb, ata ölüb, oğlu xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul rayonunun Abdulabad kəndidə qeydə alınıb.

Rayonun Kolanı kənd sakini, 1996-cı il təvəllüdlü Ağayev Azad Əlizamin oğlunun idarə etdiyi "VAZ-2106" markalı avtombil yoldan çıxaraq kanala aşıb. Nəticədə avtobildə olan sərnişin - sürücünün atası, Kolanı kənd sakini, 1958-ci il təvəllüdlü Ağayev Əlizamin Soltan oğlu avtomobilin içində boğularaq hadisə yerində ölüb. Qəza zamanı xəsarət alın sürücü Şirvan xəstəxanasına yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Hacıqabulda avtomobil kanala düşdü Ölən yaralanan var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ