Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Oktyabr 2022 09:00
Ukraynadakı hərbi əməliyyatlar sərhədə yaxınlaşarsa Moldovada səfərbərlik elan edilə bilər.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Moldova televiziyasına müsahibəsində ölkənin müdafiə naziri Anatoli Nosatı məlumat verib.
"Səfərbərlik elan edilməsi üçün Ukrayna cəbhəsində vəziyyətin köklü şəkildə dəyişməsi şərtdir: hərbi əməliyyatlar Moldova sərhədinə yaxınlaşarsa və ya silahlı qüvvələrin kütləvi yerdəyişməsi olarsa səfərbərlik elan edilə bilər" - deyə nazir qeyd edib.
Nazir əlavə edib ki, Ukraynadan kütləvi qaçqın axını zamanı da səfərbərlik elan edilməsi istisna deyil.