Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan buna görə minalama prosesini davam etdirir - Ombudsman

Ermənistan buna görə minalama prosesini davam etdirir - Ombudsman

Tarix: 19 Oktyabr 2022 11:57

Heç bir təzyiqə məruz qalmadığından Ermənistan Azərbaycanın BMT tərəfindən tanınmış və hazırda işğaldan azad edilmiş ərazilərində təxribat-diversiya qrupları vasitəsilə minalama prosesini davam etdirməkdədir.

Bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva oktyabrın 19-da Ombudsmanın Aparatının 20 illik yubileyinə həsr edilmiş "Ombudsmanların və milli insan hüquqları təsisatlarının biznes və insan hüquqları sahəsində rolu" mövzusunda Ombudsmanların və Milli İnsan Hüquqları Təsisatlarının Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.

"Azərbaycan Ombudsmanı olaraq, minalanmış ərazilərin dəqiq xəritələrinin ölkəmizə təhvil verilməsi ilə bağlı dəfələrlə beynəlxalq təşkilatlara müraciət etməyimizə baxmayaraq, təəssüf ki, Ermənistan hökuməti hələ də bu istiqamətdə hər hansı bir addım atmamışdır. Əksinə beynəlxalq səviyyədə heç bir təzyiqə məruz qalmadığından daha da ruhlanaraq Azərbaycanın BMT tərəfindən tanınmış və hazırda işğaldan azad edilmiş ərazilərində təxribat-diversiya qrupları vasitəsilə minalama prosesini davam etdirməkdədir.

Qeyd olunan beynəlxalq hüquq pozuntuları ilə bağlı istər müharibə, istərsə də post-müharibə dövründə tərəfimizdən dəfələrlə beynəlxalq ictimaiyyətə müraciətlər edilmiş, toplanmış faktlar əsasında hesabat, müraciət və bəyanatlar hazırlanmış, müvafiq beynəlxalq təşkilatlara göndərilmişdir", - deyə S.Əliyeva əlavə edib.


Etiketlər:  Ermənistan buna görə minalama prosesini davam etdirir Ombudsman


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ