Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Oktyabr 2022 23:18
Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya lideri Vladimir Putini sonu görünməyən müharibəyə təhrik etdi.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri İtaliyanın sabiq baş naziri Silvio Berluskonu "Blumberq"in əldə etdiyi səs yazısında deyib.
O bildirib ki, Putin müharibə etmək istəməyib, ancaq Ukraynanın Donbasa hücumlarına görə buna məcbur olub.
Berluskoni iddia edib ki, Zelenski prezident seçildikdən sonra hücumların sayını artırıb, Putin isə onu devirmək və yerinə Ukraynadakı azlıq (ruslar nəzərdə tutulur - red.) içərisindən şərəfli, ağıllı insanı gətirmək istəyib:
"Müharibənin üçüncü günü Qərbdən pul və silah alan ukraynalıların müqaviməti ilə üzləşdi və proqnozlaşdırılmayan situasiya ilə üzləşdi. Nəticə etibarilə iki həftəlik əməliyyat 200 illik müharibəyə çevrildi".