Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Oktyabr 2022 00:24
Sulutəpə qəsəbəsində küçələrdən biri yararsız vəziyyətdədir. Baxımsız yol , xüsusilə , avtobus sürücülərini artıq təngə gətirib. Normal hərəkət edə bilmirlər , nəticədə də hər gün ləngimələr olur, real interval pozulur... Bir küçədəki maşın hərəkət edə bilmirsə, siz bir də piyadaların halını düşünün.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, yolun asfalt qatı dağılıb, çala-çuxurlar su ilə dolduğundan kiçik gölməçələr yaranıb. Yararsız vəziyyətə düşmüş yolda nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaşanır.
Görüntülər Binəqədi rayonu, Sulutəpə qəsəbəsində el arasında ''Ətçilər'' kimi adlandırılan küçədəndir. 157 nömrəli marşrut üzrə hərəkət edən avtobusların keçdiyi əsas yolun asflat qatından demək olar ki, əsər aləmət qalmayıb. Avtobus sürücüləri deyirlər ki, mövcud vəziyyətə görə əksər vaxt intervalda ləngimələr olur.
Yaxınlıqda yaşayan sakinlərin sözlərinə görə yol xüsusilə qış aylarında keçilməz vəziyyətdə olur.
Azərabaycan Avtomobil Yolları Dövlət Agentliyindən problemdən xəbərdar olduqlarını bildirdilər. Qeyd edilib ki, Sulutəpə qəsəbəsində küçələrin təmiri mərhələli şəkildə həyata keçirilir. Sözügedən küçə dövlət proqramına əsasən təmir olunacaq.