Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

SEPAH təlimlə Zəngəzur dəhlizini ''vurmaq'' istəyir - FOTO

SEPAH təlimlə Zəngəzur dəhlizini ''vurmaq'' istəyir - FOTO

Tarix: 20 Oktyabr 2022 08:36

Azərbaycan əraziləri 30 il Ermənistanın işğalı altında olarkən Araz çayı boyunca heç bir hərbi təlim keçirməyən İran ordusu Azərbaycan öz torpağını işğaldan azad etdikdən bəri həmin ərazidə sayca 3-cü hərbi təlimini keçirir və özü də tez-tez dolayı ultimatumlar səsləndirir ki, təcavüzkarı əzərik, filan edərik. Bunun adı düşmənçilik deyilmi?!

... SEPAH-ın Telegram kanalı yenə həyasızcasına yazı paylaşıb: "SEPAH-ın Əliyevə ultimatumu / İranın zirehli texnikaları Bakıya hücumu imitasiya edib".

"Ölkənin müxtəlif bölgələrində hərbi təlimlər  keçirmək adi haldır, amma, xüsusi və gərginliyin olduğu bir ərazidə ardıcıl olaraq üç hərbi təlim keçirmək regiondakı dövlətlərə birbaşa mesajdır. İki paytaxt üçün fərqli mənaları olan mesaj...

Şübhəsiz ki, SEPAH-ın zirehli texnikası və əlahiddə qoşununun Araz çayı üzərindən keçməsi İran silahlı qüvvələrinin milli mənafeyi qorumağa və Qafqazda "sionist rejimin" yuvasını dağıtmağa hazır olduğunu göstərir.

Bu misli görünməmiş addım bir daha göstərir ki, SEPAH Əliyevin nazı ilə oynamağı kənara qoyub və bundan sonra gərginlik yaradan addımlara qətiyyətli cavab verəcək.

Bu, həm də Ermənistan üçün dəstək deməkdir. Ermənistan arxayın olsun ki, Türkiyə, İsrail və Bakının hücum edəcəyi halda İran İslam Respublikası var gücü ilə təcavüzkarları əzəcək".

Budur, SEPAH-a bağlı sosial şəbəkə akkauntları: "İran İnqilabının Keşikçikəri Korpusunun əlahiddə qüvvələrinin Araz yüksəkliklərində MI-17 helikopterləri ilə paraşütlə tullanma əməliyyatı keçirib Habelə xəyali düşmən mövqelərinin məhv edilməsində kamikadze dronlarının uğuru...

SEPAH-ın əlahiddə qüvvələri hərbi təlimin 3-cü günündə yükəkliklərin və düşmənin təminat yollarının ələ keçirilməsi əməliyyatını məşq edib və kamikadze dronları da Araz bölgəsində xəyali düşmənin mövqelərini "uğurla məhv edib".

Hazırkı təlimdə ilk dəfə olaraq Araz çayı üzərindən canlı qüvvələrin və hərbi texnikanın keçməsi üçün üzən körpünün qurulması təlimi də məşq edilib.

Döyüş PUA-ları da Araz  bölgəsində xəyali düşmənin mövqelərinə "uğurlubzərbe endirib. Bu dronlar Quru Qoşunların özünü təminetmə dəstəsi tərəfindən dizayn və istehsal edilib və güclü döyüş qabiliyyətinə malikdir. Bu dronlar süni intellektdən istifadə edilməklə düşmənin bütün növ istehkamlarını dağıtmağa qadirdir".

Bu arada Güney Azərbaycandan olan fəallar son 4 gündə SEPAH-a məxsus texnikanın bir neçə nəfərin ölümünə səbəb olduğunu bildiriblər.

Onların sözlərinə görə, İran İnqilabının Keşikçiləri Korpusunun hərbi texnikası bir neçə qəzanın yaranmasına səbəb olub.

Belə ki, dünən səhər saatlarında Araz qırağında artilleriya qurğularını daşıyan SEPAH-a məxsus hərbi maşın yük maşınını yoldan çıxardığı üçün qəza baş verib. Nəticədə yük maşını əks istiqamətdən gələn minik avtomobili ilə toqquşub və iki nəfər yerindəcə həlak olub.

Şərqi Azərbaycan əyalətinin Təcili Yardım Mərkəzinin sözçüsü Vəhid Şadiniya mediaya verdiyi açıqlamada faktı təsdiqləyib.


Etiketlər:  SEPAH təlimlə Zəngəzur dəhlizini vurmaq istəyir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ