Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Oktyabr 2022 08:54
Kanada hakimiyyəti İrana qarşı sanksiyalar siyahısına daha 6 şəxs və 4 təşkilat əlavə edib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Kanadanın xarici işlər naziri Melani Coli açıqlama verib.
Bildirilib ki, bu şəxslər və təşkilatlar insan hüquqlarının kobud şəkildə pozulmasına töhfə veriblər.
Qara siyahıya, xüsusən də İran Konstitusiyasının Keşikçiləri Şurası (İİKK), İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) komandirlərindən biri və İran Yayım Korporasiyasının keçmiş rəhbəri daxildir.
Bundan əvvəl Ottava İranda etirazlar fonunda iqtisadi sanksiyalar siyahısına İranın onlarla fiziki və hüquqi şəxsi, o cümlədən İİKK üzvləri daxil edilib.