Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Oktyabr 2022 15:45
Azərbaycanda bir çox xəbər saytlarının instaqram hesabları bağlanıb.
Buna səbəb müğənni Rəqsanə İsmayılovanın kütləvi şəkildə səhifələri şikayət etməsidir. İfaçının özü də bu barədə video yayaraq hücum etdiyini təsdiqləyib.
Sonxeber.net xəbər verir ki, sözügedən profillər arasında olay.az saytının hesabı da var. Rəqsanə sözügedən səhifələrə hücum etdirdiyini, bunu instaqram "qaydaları" çərçivəsində həyata keçirdiyini bildirib. Hücum təkcə Rəqsanə yox, qızı Aysun İsmayılova tərəfindən də həyata keçirilib.
Qeyd etmək lazımdır ki, R. İsmayılova son günlər aparıcı Sərxan Kərəmoğlunu təhqir etməsi ilə gündəmdədir.
O, Kərəmoğlu tərəfindən polislə hədələməsinə aşağılayıcı tonda cavab verməsi, aparıcının başına oyun açacağını deməsi müzakirələri daha da böyüdüb.
Sərxanın yaydığı səsdə Rəqsanənin avtoritetsayağı danışığı, eyni zamanda qanunları və dövlət qurumlarını saymadığını bildirməsi tənqidlə qarşılanıb.