Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Oktyabr 2022 16:30
Türkiyənin şərqində qlobal istiləşmənin təsiri altında Van gölündə suyun səviyyəsi aşağı düşür.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, prosesə yağıntıların azalması və buxarlanma kimi amillər təsir edir.
Dövlət Su İşləri Departamentinin nümayəndəsi Ayhan Şahna bildirib ki, Van gölü son illərdə quraqlıqdan ən çox zərər çəkən yerlərdən biridir.
O vurğulayıb ki, gölün ərazisi getdikcə daralır.
"Quraqlığın fəsadları təkcə bataqlıq ərazilərdə deyil, Van gölündə də müşahidə olunur. Son 10 ildə Van gölünün sahəsi təxminən 140 santimetr azalıb. Bu hadisə 1950-ci illərdən sonra da müşahidə olunub. Ümid edirik ki, quraqlıq yağışlarla əvəzlənəcək", - deyən Şahna kənd təsərrüfatında suvarma üçün suyun əhəmiyyətini vurğulayıb.