Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlham Əliyev və Ərdoğan Cəbrayılda ağac əkdilər, əraziyə ceyranlar buraxdılar

İlham Əliyev və Ərdoğan Cəbrayılda ağac əkdilər, əraziyə ceyranlar buraxdılar

Tarix: 20 Oktyabr 2022 16:39

Cəbrayıl rayonu ərazisində yaradılacaq "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi", "Ağıllı Tingçilik" və "Dostluq Meşəsi" Kompleksinin oktyabrın 20-də təməlqoyma mərasimi keçirilib, əraziyə 15 baş ceyran buraxılıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak ediblər.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev kompleksdə görüləcək işlərlə bağlı dövlət başçılarına məlumat verdi.

Sonra Azərbaycan və Türkiyə Prezidentləri ərazidə ağac əkdilər.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan əraziyə ceyranlar buraxdılar.

Xəbər yenilənəcək


Etiketlər:  İlham Əliyev Ərdoğan Cəbrayılda ağac əkdilər əraziyə ceyranlar buraxdılar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ