Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Soruşdum, dedim, ATƏT, Avropa İttifaqı buraları gəlib görmədilər?"

Tarix: 20 Oktyabr 2022 19:33

İşğaldan azad edilən qədim Azərbaycan torpaqlarında bir il ərzində ən müasir ikinci hava limanını açmaq bu qədər çətin dövrdən sonra hər ölkənin bacara biləcəyi bir iş deyil.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cəbrayıl şəhərində mətbuata bəyanatında bildirib.

"İndi sağa, sola baxıram, işğal dövründə Cəbrayılı nə hala salıblar. Mən qardaşımdan soruşdum, dedim, bu dünyadakı ATƏT, Avropa İttifaqı buraları gəlib görmədilərmi? Dedi ki, yox, gəlmirlər. Niyə gəlmirlər? Çünki öz üzqaralarını görəcəklər, Qərbin etdiklərini görəcəklər. Təbii ki, bunları görmək istəmirlər. Əslində onlar nələr törədildiyini bilirlər", - deyə Türkiyə Prezidenti qeyd edib.

Prezident Rəcəb Tayyib Ərdoğan deyib ki, bu işləri mütləq ədalət mühakiməsinə vermək, bunların təzminatını tələb etmək lazımdır: "Onları dalana dirəmək lazımdır. Dünya Qərbi çox yaxşı tanımalıdır, hamımız birlikdə tanıtmalıyıq".

Milli.Az


Etiketlər:  Soruşdum dedim ATƏT Avropa İttifaqı buraları gəlib görmədilər


RƏYLƏR