Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İnternetdə çox vaxt keçirənlər övlad sahibi olmaq istəmir

İnternetdə çox vaxt keçirənlər övlad sahibi olmaq istəmir

Tarix: 20 Oktyabr 2022 23:48

Ata-ana olmaq arzusu ilə internetdə keçirilən vaxt arasında əlaqə tapılıb.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, Finlandiya alimləri tədqiqatlarında gənclərin niyə getdikcə övlad arzusunun azalmasının səbəbini öyrənib.

Məlum olub ki, internet, sosial şəbəkələr bir çox ölkələrdə ailələr və gənclərdə uşaq sahibi olmaq istəyi və planını təxirə salma səbəbidir.

Tədqiqatda 3468 nəfər 20-44 yaş arası insan iştirak edib.
Onların hamısı ailə, uşaq, valideyn olmaq barədə arzularını qeyd ediblər.
Eləcə də onların internetdə nə qədər vaxt keçirdikləri soruşulub.

İştirakçıların yarısı uşaq sahibi olmaq istəmədiklərini bildirib.
Digər qrup 1 uşaqlarının yetərli olduğunu deyib.

36% hələ ki, bunu təxirə salır, 13% isə ümumiyyətlə gələcəkdə uşaq sahibi olub-olmayacaqlarını bilmir.

Maraqlı məqam odur ki, işi və gündəlik rejimi internet, sosial şəbəkələrdən asılı olan qadınlar uşaqsız həyata üstünlük verib, belə bir arzuları varsa da, onu həmişə təxirə salır.

Onlar bunu iş, maddi səbəblərlə əsaslandırsalar da, əsas səbəb internetdir.

Alimlər uşaq sahibi olmaq arzusunun həyata keçməsi, önə çıxması üçün bir neçə müddət sosial şəbəkədə aktivliyi azaltmağı tövsiyə edir.


Etiketlər:  İnternetdə çox vaxt keçirənlər övlad sahibi olmaq istəmir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ