Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hər 8 qadından biri risk altındadır - Həddindən artıq şəkərli qidalar yol aça bilər

Hər 8 qadından biri risk altındadır - Həddindən artıq şəkərli qidalar yol aça bilər

Tarix: 22 Oktyabr 2025 01:03

Mütəxəssislər xəbərdarlıq edir ki, hər səkkiz qadından biri döş (süd vəzi) xərçəngi riski altındadır. Erkən diaqnoz qoyulan hallarda isə xəstəliyin sağalma ehtimalı 90 faizə qədər yüksəlir.

Sonxeber.net xəbər verir ki, Doğum, Ginekologiya və Süni Mayalanma Mütəxəssisi Prof. Dr. Aynur Erşahin bildirib ki, döş xərçəngi qadınlar arasında ən çox rast gəlinən xərçəng növüdür:

"Süd vəzi xərçəngi hər səkkiz qadından birində baş verir və qadın xəstəlikləri arasında birinci yerdə dayanır. Ondan sonra uşaqlıq, yumurtalıq və uşaqlıq boynu xərçəngləri gəlir. Oktyabr ayı döş xərçəngi maarifləndirmə ayıdır və bu dövrdə erkən diaqnozun əhəmiyyəti xüsusilə vurğulanmalıdır" .

Mütəxəssis qeyd edib ki, erkən diaqnoz sayəsində döş xərçəngindən sağalma nisbəti 90 faizə çatır.

Prof. Erşahin əlavə edib ki, həddindən artıq şəkərli qidalar döş xərçəngi riskini artıran əsas amillərdən biridir:

"Qidalanma vərdişləri, hormonal pozğunluqlar, siqaret və alkoqol istifadəsi, eləcə də piylənmə riski yüksəldir. Şəkərli qidalardan uzaq durmaq, sağlam bədən çəkisini qorumaq və balanslı qidalanmaq çox vacibdir."

Öz müayinəsi və mütəmadi yoxlanışlar həyati əhəmiyyət daşıyır

Mütəxəssis qeyd edib ki, əl ilə döş müayinəsi erkən diaqnoz üçün ən vacib üsullardan biridir.


Etiketlər:  Hər qadından biri risk altındadır Həddindən artıq şəkərli qidalar aça bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ