Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Ərə getdim deyə, Azərbaycandan getdim” - FOTO

“Ərə getdim deyə, Azərbaycandan getdim” - FOTO

Tarix: 21 Oktyabr 2022 13:25

Uzun müddətdir Türkiyədə yaşayan müğənni Sevinc Ağaşirinova Xəzər TV-də yayımlanan "Səhər mərkəzi" proqramında Azərbaycandan getməsinin səbəbini açıqlayıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, ifaçı evləndiyi üçün bu addımı atdığını bildirib:

"Başqa bir şəhərə ərə getmişdim. Dubayda yaşayırdım. Sonra Amerikaya köçdüm, ancaq oralar ürəyimə yatmadığı üçün Türkiyəyə qayıtdım".

Söhbət zamanı İstanbulda ev sahibi olduğunu deyən Sevincin Bakıdan getməsinə səbəb olan həyat yoldaşından ayrıldığı məlum olub. O bildirib ki, hazırda sevgilisi var və yenidən evlənməyə hazırlaşır.

Ağaşirinova Türkiyədə biznesi olduğunu da söyləyib:

"Türkiyədə həm biznesim var, həm aktrisalıq, həm də müğənnilik edirəm. Əmlak sektoru və ixracatla məşğulam".

Milli.Az


Etiketlər:  Ərə getdim deyə Azərbaycandan getdim FOTO


RƏYLƏR