Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Oktyabr 2022 10:05
Əməkdar artist Lalə Məmmədova sosial şəbəkədə yeni fotolarını paylaşıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, qısa ətək, ağ köynək və qara pencəkdə kamera qarşısına keçən sənətçi geyimini qara əlcəklərlə tamamlayıb.
Onun stili üzərində Elnur Həsənov çalışıb.
Sonuncu dəfə burun əməliyyatı keçirən müğənninin dəyişimi onu tanınmaz hala salıb. İzləyicilər "Allahım, əvvəlki Lalədən əsər-əlamət qalmayıb", "Kimin şəklidir düşündüm, çox dəyişim olub", "Heyif əvvəlki Lalə xanımdan, daha gözəl idi" kimi şərhlər yazıblar.