Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Oktyabr 2022 16:46
Rusiyada ölkə üzrə səfərbərliyə cəlb edilən təxminən 10 min nəfər müxtəlif səbəblərdən vətənə qaytarılıb.
Bununla bağlı Rusiya Dövlət Dumasının müdafiə komitəsinin sədri Andrey Kartapolov Sankt-Peterburqa səfəri zamanı jurnalistlərə verdiyi açıqlamasında bildirib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Kartapolov qeyd edib ki, qaydalara zidd aparılan səfərbərliyin bu səhvi araşdırılır.
"Sözsüz, belə hallar varsa, araşdırılır və təbii ki, həmin şəxs geri qaytarılacaq".
Qeyd edək ki, Rusiyada Prezident Vladimir Putin sentyabrın 21-dən qismən səfərbərlik haqqında fərman imzalayıb.
Oktyabrın 14-də isə Putin səfərbərliyi iki həftə ərzində başa çatdıracaqlarını açıqlayıb.