Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Oktyabr 2022 19:02
Türkiyənin "Tayfun" raketi bu yaxınlarda Rizə-Artvində sınaqdan keçirilib, düz Sinop sahillərinə qədər gedib çatıb. "Tayfun" 300 kilometrlik məsafəni qət edən ilk türk raketi olub.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, ROKETSAN-ın həyata keçirdiyi "Tayfun" sınağı Rusiyanın da diqqətini çəkib.
Rusiya Dövlət Dumasının üzvü Semyon Baqdasarov bunun çox təhlükəli tendensiya olduğunu ifadə edərək deyib ki, Türkiyə ilə müttəfiqliyimizə başqa cür baxmalıyıq: "Bunu əvvəllər də dəfələrlə demişəm. Bağışlayın, türklər bir neçə raket sınağı keçiriblər. Adı "Tayfun"dur. Məncə, 534 kilometr məsafədədir. Necə düşünürsünüz?Hansı istiqamətdə getdi? Egeyə getmədi. Aralıq dənizinə getmədi. Onu Rizə rayonunda sınaqdan çıxardılar".
Rizənin Prezident Rəcəb Tayyib Ərdoğanın məmləkəti olduğunu vurğulayan Bağdasarov əlavə edib ki, cənab Ərdoğanın məmləkəti və Türkiyə Hərbi Dəniz Qüvvələrinin Qara Dəniz Donanması Komandanlığı burada Sinopun yanında yerləşir. Orada sınaqdan çıxarıblar. Sinopdan Sevastopola 300 kilometr məsafə var. Nədənsə burada özümüzü aldadırıq",