Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bəzi avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Bəzi avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Tarix: 22 Oktyabr 2022 19:34

Oktyabrın 23-də gecə və səhər saatlarında duman ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi hissələrində görmə məsafəsinin məhdudlaşdırılma ehtimalı var.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, Quba-Qusar, Quba-Xaçmaz, Qusar-Xudat, Giləzi-Xızı, Qaraməryəm-İsmayıllı-Şəki, Yevlax-Xocalı-Laçın, Gəncə-Kəlbəcər-Laçın, Qubadlı-Xanlıq, Həkəri-Zəngilan, Füzuli-Cəbrayıl-Mahmudlu, Xankəndi-Xocavənd magistral avtomobil yollarının bəzi hissələrində görmə məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimalı var.


Etiketlər:  Bəzi avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ