Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

BƏƏ şirkəti ölkəmizdə sayğac istehsal edəcək - 26 milyonluq sərmayə

BƏƏ şirkəti ölkəmizdə sayğac istehsal edəcək -  26 milyonluq sərmayə

Tarix: 22 Oktyabr 2022 19:36

Birləşmiş Ərəb Əmirliklərinin şirkəti Azərbaycanda elektrik avtomat və sayğac istehsal edəcək.

Belə ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkında yeni rezident - Birləşmiş Ərəb Əmirliklərinin "SENSEMI DMCC" şirkətinin Azərbaycandakı nümayəndəliyi qeydiyyata alınıb.

İqtisadi Zonaların İnkişafı Agentliyindən daxil olan məlumatda deyilir.

Bununla Sənaye Parkının rezidentlərinin sayı 32-yə çatıb.

Şirkətin Azərbaycandakı nümayəndəliyinə müəssisənin inşası üçün Sənaye Parkında 1 hektar ərazi ayrılıb. İnvestisiya dəyəri 26 milyon manatdan çox olan müəssisədə 83 nəfər daimi işlə təmin ediləcək.

Milli.Az


Etiketlər:  BƏƏ şirkəti ölkəmizdə sayğac istehsal edəcək 26 milyonluq sərmayə


RƏYLƏR