Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Oktyabr 2022 19:38
Aktyor İbrahim Çingiz "Yuxu kimi" serialından ayrılıb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, aktyor bu barədə İnstaqram hesabında yazıb.
O serialda canlandırdığı Aqşin obrazının onun karyerasında xüsusi yeri olduğunu vurğulayıb.
"Bu gün səninlə həmişəlik vidalaşdım. Uzun yol getdik səninlə. Məni o qədər çətinliklərə salırdın ki...Yenə də üz döndərmədim səndən.
Hamıdan fərqli oldun mənim üçün, amma bir gün səni özümdən qoparmalıydım. Mən sənin üçün çox şeyi qurban verdim, çox əngəllər aşdım, mənə çətin gələn çərçivələri qırdım. Çox heyif ki, sən mənə bunların qarşılığını verə bilmədin.
Yolun açıq olsun. Mənim daha içində olmayacağım dünyanda xoşbəxt ol, Aqşin. Əlvida!"
Aktyor "Yuxu kimi" serialındakı Aqşin obrazı üçün 23 kilo arıqlamışdı.
Qeyd edək ki, İbrahim Çingiz Əməkdar artist Çingiz Əhmədovun oğludur. Rus Dram Teatrında çalışan aktyor aparıcı Aydan Axundova ilə evlidir.