Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sabah bu ərazilərdə qaz olmayacaq - YENİLƏNİB

Sabah bu ərazilərdə qaz olmayacaq - YENİLƏNİB

Tarix: 1 Oktyabr 2025 20:46

20:34

Sabah Qaradağ, Sabunçu, Yasamal və Xətai rayonlarının bəzi ərazilərinə təbii qazın verilişi dayandırılacaq.

"Azəriqaz"dan Sonxeber.net-a verilən məlumata görə, "Qaradağ-Səngəçal" yüksək təzyiqli magistral qaz kəmərinin 3,5-ci və 6,5-ci kilometrində təmir işlərinin görülməsi ilə bağlı 02.10.2025-ci il tarixdə saat 09:00-dan işlər başa çatanadək "Sement zavodu Ümumi", "Sement Zavodu-2" və "Səngəçal Ümumi" ölçü qovşaqlarından, həmçinin orta təzyiqli qaz xətləri üzərində atıcı klapanın, qaz tənzimləyicinin quraşdırılması, eləcə də yeni çəkilmiş qaz kəmərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi işləri ilə əlaqədar saat 10:00-dan işlər başa çatanadək "Nardaran QPS" ölçü qovşağından qidalanan əhali kollektorunda, "Köhnə Qanlıgöl" qaz xəttində qaz təchizatı dayandırılacaq.

Məlumata görə, qaz təchizatı dayandırılan müddət ərzində Qaradağ rayonunun Sahil, Ümid və Səngəçal qəsəbələrində, Yol evləri və Bağ evləri adlanan yaşayış massivlərində, Sabunçu rayonunun Maştağa qəsəbəsində H.Heybətov, Nizami, Axund Mirzə Əbdülkərim, Sabir, Axund Mirzə Ələkbər, Axund Şeyx Hüseyn, Yəhya Musayev, Nəriman Nərimanov, Həzi Aslanov küçələrində, Ləhic bağları, Savalan və Maştağa-Nardaran adlanan yaşayış massivlərində, Yasamal rayonunun Qanlı göl yaşayış massivində, Ü.Əkbərov , R.Tağıyev və 7-ci Alatava küçələrində, həmçinin Xətai rayonunun H.Salmani küçəsində qaz təchizatında fasilə yaranacaq.

-----------
14:21

Sabah İmişli, Biləsuvar, Saatlı və Sabirabad rayonlarının qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Sonxeber.net-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, "Qaz İxrac" İdarəsinə məxsus diametri 530/377/325 mm-lik "Azadkənd-İmişli" magistral qaz kəmərində korroziyaya uğramış hissələrinin təmir olunması ilə bağlı, oktyabrın 2-də saat 08:00-dan etibarən işlər başa çatanadək qaz təchizatında fasilə yaranacaq.

Təmir işləri aparılan müddətdə İmişli rayonu tam olaraq (İmişli şəhəri daxil olmaqla, rayon üzrə 41 kənd, 2 qəsəbə, həmçinin Biləsuvar rayonunun inzibati ərazisində yerləşən 11 ədəd "Cəbrayıl Məcburi köçkünlər" qəsəbəsi, qeyri-yaşayış sahələri, cəmi 28 958 abonent), Saatlı rayonu tam olaraq (Saatlı şəhəri daxil olmaqla, rayon üzrə 33 kənd, 1 qəsəbə, qeyri-yaşayış sahələri, cəmi 17 352 abonent), Sabirabad rayonunun (Sabirabad şəhəri daxil olmaqla, rayon üzrə 36 kənd, qeyri-yaşayış sahələri, cəmi: 22 912 abonent, rayon üzrə abonentlərin 70 %-i) bir hissəsinin qaz təchizatının məhdudlaşdırılacaq.

İşlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.


Etiketlər:  Sabah ərazilərdə olmayacaq YENİLƏNİB


RƏYLƏR