Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Oktyabr 2022 20:00
"Azərbaycanla imzaladığı razılaşmalara əsasən, Ermənistan üzərinə götürdüyü öhdəlikləri icra etsə, bölgədə vacib aktorlardan biri olacaq".
Sonxeber.net "Report"a istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Onun sözlərinə görə, Xəzər dənizi bölgəsindən keçən Şərq-Qərb nəqliyyat dəhlizini reallaşdırmaq üçün zəruri infrastrukturun yaradılmasına böyük sərmayələr qoyulub:
"Bu layihədə Mərkəzi Asiya ölkələri, Türkiyə, Azərbaycan və Gürcüstan iştirak edir. Ermənistan Azərbaycanla imzaladıqları razılaşamaları həyata keçirərsə, bu layihəyə qatıla bilər".
"Uzun illərdir Ermənistan Azərbaycan ərazilərini işğalda saxlamaqla özünü təcrid edib. Qarabağ işğaldan azad edildikdən sonra sülh fürsəsti ortaya çıxdı. Ermənistanda bunu dəyərləndirməlidir", - Çavuşoğlu qeyd edib.