Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Oktyabr 2022 20:04
Azərbaycanla imzaladığı razılaşmalara əsasən, üzərinə götürdüyü öhdəlikləri icra etsə, Ermənistan da bölgədə vacib aktorlardan biri olacaq.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Nazir qeyd edib ki, o zaman bölgədə baş verənlər Ermənistanın da faydasına olacaq: "Dolayısı ilə Orta Dəhlizin inkişaf etdirilməsi hər kəsin xeyrinədir. Ermənistan illərdir Azərbaycan torpaqlarını işğal edərək özünü təcrid edib. Azərbaycan torpaqlarını Qarabağ zəfəri ilə azad etdikdən sonra sülh fürsəti ortaya çıxıb və bunu yaxşı dəyərləndirmək lazımdır".