Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Onun əl işi görünürdü'' - Rəşad Sadıqov

''Onun əl işi görünürdü'' - Rəşad Sadıqov

Tarix: 22 Oktyabr 2022 20:42

"Çətin səfər oldu".

Sonxeber.net apasport.az-a istinadən bildirir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının XI turunda "Qəbələ"ni səfərdə 2:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.

40 yaşlı mütəxəssis qarşılaşmanın ardından komandasının çıxışını dəyərləndirib: "Oyun planında yüksəlişdə olan komandaya qarşı oynayırdıq. Samir Abasovun əl işi görünürdü. Qola qədər hər şey bizim nəzarətimizdə idi, ardından bir az passivləşdik. 50-55-ci dəqiqədən sonra yenidən üstünlüyü ələ aldıq".

O, matçda ikinci qola imza atan Sertan Taşkının çıxışına da münasibət bildirib: "Bu gün Sertanı hücumda oynatdım. Onun hücum potensialı həmişə yaxşı olub. Bu il xüsusi inkişaf görünür. Hücum xəttini gücləndirməyə futbolçu yox idi, itkilərimiz var idi. Sertan ümidləri doğrultdu. Bəlkə növbəti matçlarda yenə onu hücumda oynatdıq".


Etiketlər:  Onun işi görünürdü Rəşad Sadıqov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ