Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sabirabadda bazardakı yanğın məhdudlaşdırılıb - VİDEO - YENİLƏNİB

Sabirabadda bazardakı yanğın məhdudlaşdırılıb - VİDEO - YENİLƏNİB

Tarix: 23 Oktyabr 2022 00:10

Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sabirabad şəhəri ərazisində yerləşən bazarda yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub.

FHN-in mətbuat xidmətindən bildirilib ki, yanğının mürəkkəbliyi və havanın küləkli olması səbəbindən yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi işlərinin sürətləndirilməsi məqsədilə Dövlət Yanğından Mühafizə Xidmətinin yaxın rayonlarda yerləşən hissələrindən əlavə qüvvələr qısa müddətdə hadisə yerinə cəlb olunub.

Yanğından mühafizə bölmələrinin səyi nəticəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

22.10.2022

22:37

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sabirabad şəhəri ərazisindəki bazarda yanğın olması barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Milli.Az


Etiketlər:  Sabirabadda bazardakı yanğın məhdudlaşdırılıb VİDEO YENİLƏNİB


RƏYLƏR