Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İnsultun baş verməsini öncədən bilmək istəyirsinizmi?

İnsultun baş verməsini öncədən bilmək istəyirsinizmi?

Tarix: 23 Oktyabr 2022 08:48

Əgər sizin yanınızda yaşlı birinin qəflətən yıxıldığını və ayağa durarkən heç bir şey olmadığını dediyini görsəniz onu mütləq xəstəxanaya çatdırmağınız məsləhətdir.Çünki,bu insultun əlaməti ola bilər.
İnsult necə baş verir və onun ilkin əlamətləri hansılardır?
Neyrobioloqlar insultun qəfil baş verdiyini,amma onun əlamətlərini özünü əvvəlcədən göstərdiyini söyləyirlər.İnsultun əlamətlərini əvvəlcədən bilmək xəstəni əlil olmaqdan və ölümdən xilas edə bilər.
İnsultun baş verəcəyini əvvəlcədən bildirən 4 əsas əlamət:
1 Yaşlı və insult şübhəsi olan adamdan dilini çölə çıxarmağı xahiş edin.Əgər o bunu edə bilmirsə bu zaman mütləq həkimə müraciət edin.
2 İnsult şübhəsi olan adamdan gülümsəməyi xahiş edin.Əgər o gülə bilmirsə və ya bunu çətinliklə həyat keçirməyə çalışırsa deməli insult təhlükəsi var.
3 İnsult şübhəsi olmasını yoxlamaq istəyirsinizsə yaşlı adamdan əlini başına aparmağı xahiş edin.Əgər o əlini başına bir həmlədə deyil,kəsik hərəkətlərlə aparırsa deməli onun insult olma təhlükəsi var.
4 Yaşlı adamdan iki uzun sözü ardı-ardına söyləməyi xahiş edin.Əgər o bu sözləri deməyə çətinlik çəkirsə o zaman onun insulta yaxalanma təhlükəsi var.
Mütəxəssislər aşağıdakı əlamətləri olan yaşlı adamların yaxınları tərəfindən həkimə aparılmasını vacib sayırlar.Bu əlamətlərə aiddir:
- baş ağrıları
- ətraflarda hissiyyatın itməsi
- baş hərlənməsi və qəfil yıxılma
- bir və ya iki tərəfli görmənin qəfil itməsi
- qəfil və səbəbsiz baş verən ürəkbulanma
- müvazinətın itməsi
- huşun qəfil itməsi
Mütəxəssislər yuxarıda oxuduqlarınızın ən azı ətrafınızda olan 10 adama söyləməyinizi xahiş edirlər.Çünki,bu məlumatlar bir çox insult şübhəsi olan insanın həyatını xilas edər və onu əlil olmaqdan və ölümdən qoruyar.


Etiketlər:  İnsultun baş verməsini öncədən bilmək istəyirsinizmi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ