Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Oktyabr 2022 23:04
İtaliyanın yeni baş naziri Corciya Meloni təbrikə görə Ukrayna Prezidenti Vladimir Zelenskiyə təşəkkür edib və Rusiyanın silahlı təcavüzü fonunda Ukraynaya bundan sonra da dəstək verəcəyinə əmin olduğunu bildirib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Meloni Tvitter səhifəsində yazıb.
"Çox sağ olun, Vladimir Zelenski! İtaliya öz azadlığı və qanuni sülhü uğrunda mübarizə aparan cəsur Ukrayna xalqının tərəfindədir və həmişə də olacaq. Siz tək deyilsiniz!", - deyə Meloni Zelenskinin təbrikinə cavabında bildirib.