Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AY Partiyanın "ulduzları" sönür - Borc qalmaqalının detalları

AY Partiyanın

Tarix: 24 Oktyabr 2022 13:54

Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədlinın Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılmasına səbəb olan borc qalmaqalının bəzi detalları məlum olub.

Milli.Az bakupost.az-a istinadən xəbər verir ki, AY Partiyasının sədrindən mərhum eks-prezident Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov şikayət edib.

Belə ki, Partiya sədri A. Əsədlinin Oqtay Qasımova 150 min dollar borclu olduğu və həmin pulu qaytarmadığı üçün ikincinin məsələni hüquqi müstəvidə həll etmək qərarına gəldiyi bildirilir. O da qeyd olunur ki, Əsədli Qasımovdan həmin məbləği iş qurmaq adı ilə borc götürüb.

Bundan başqa, Ay Partiya sədrinin 2020-ci il seçki kampaniyası dövründə Zəngilanın sabiq icra başçısı İlham Hüseynovdan 10 min dollar borc aldığı da bildirilir. Qeyd edək ki, həmin seçkilər vaxtı İlham Hüseynov Anar Əsədlinin seçki qərargahının sədri olub.

Hazırda A.Əsədlidən DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət edənlər arasında İlham Hüseynovun da adı çəkilir.

Onu da qeyd edək ki, AY Partiyanın mətbuat xidmətinin məsələ ilə bağlı yaydığı ilkin məlumatda partiya sədri A. Əsədlinin polisə çağırılmasına səbəb kimi "təşkil edilən şikayət" göstərilib. Həmçinin əlavə olunub ki, həmin şikayətlər əsasında AY Partiyaya təzyiq göstərmək istəyirlər: "AY Partiya bəyan edir ki, bu hərəkətlərlə partiyanı, onun başqanını, funksionerlərini və üzvlərini siyasi fəaliyyətdən, yürüdüyü yoldan döndərmək mümkün olmayacaq".

Məsələ ilə bağlı Oqtay Qasımovla əlaqə saxladıq.

O, Bakupost.az -a açıqlamasında bunları bildirdi: "Mənim məsələ ilə bağlı ictimaiyyətə heç bir məlumat vermək fikrim yoxdur. Kimdənsə şikayət verməyim şəxsi məsələmdir. Nə vaxt hüquq-mühafizə orqanları məsləhət bilər, onda da açıqlama verərəm".

Milli.Az


Etiketlər:  AY Partiyanın ulduzları sönür Borc qalmaqalının detalları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ