Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda İİV infeksiyasına yoluxanların 85 faizini 15-49 yaş arasında insanlar təşkil edir

Azərbaycanda İİV infeksiyasına yoluxanların 85 faizini 15-49 yaş arasında insanlar təşkil edir

Tarix: 3 Oktyabr 2019 15:24

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda İİV (İnsanda İmmunçatışmazlığı Virusu) infeksiyasına yoluxanların 85 faizini 15-49 yaş arasında insanlar təşkil edir.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyi Respublika QİCS Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov “QİÇS-ə birlikdə qalib gələk” adlı tədbirdə deyib.

Onun sözlərinə görə, 15-49 yaşlı insanların İİV infeksiyasına yoluxanların 85 faizini təşkil etməsinin də öz səbəbləri var: "Bu səbəblər həmin dövrdə cinsi aktivliyin çox olması, narkotikaya olan meyilliliyin daha çox müşahidə edilməsidir. Buna görə də xəstəliyə yoluxmada əsas risk qrupu gənclərdir".

N.Zülfüqarov əlavə edib ki, ölkədə səhiyyə ilə bağlı 12 dövlət proqramı icra edilir ki, onun da biri İİV infeksiyası ilə bağlıdır.

Hazırda Azərbaycanda 2016-2020-ci illər üzrə İİV/QİÇS-lə mübarizəyə dair tədbirlər planı həyata keçirilir. Həmin tədbirlər planının bir hissəsi gənclər arasında maarifləndirmə işlərinin aparılmasıdır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycanda İİV infeksiyasına yoluxanların faizini yaş arasında insanlar təşkil edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ