Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Oktyabr 2022 23:56
NATO Rusiyanın Ukraynanın öz ərazisində radioaktiv tərkibli "çirkli bomba" istifadə edə biləcəyi iddiasını rədd edib.
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, bu haqda NATO-nun Baş katibi Yens Stoltenberq sosial media üzərindən verdiyi açıqlamada qeyd edib.
O, Rusiyanın Ukraynanın "çirkli bomba" istifadə etməyə hazırlaşdığı iddiası ilə bağlı ABŞ dövlət katibi Lloyd Ostin və İngiltərə müdafiə naziri Ben Uolles ilə danışdığını bildirib.
"NATO müttəfiqləri bu iddianı rədd edir", - deyən Stoltenberq Rusiyanın bu iddianı gərginliyi artırmaq üçün bəhanə kimi istifadə etməməli olduğunu bildirib.