Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Uşaqlar məni başımdakı meyvədən tanıyır” - Elza

“Uşaqlar məni başımdakı meyvədən tanıyır” - Elza

Tarix: 26 Oktyabr 2022 12:45

Əməkdar artist Elza Seyidcahan "Xəbər-ətər" verilişinə qonaq olub.

Milli.Az olay-a istinadən yazır ki, "Hozu" və "Hozu 2" filmlərində yer alan sənətçi ekran işi ilə bağlı xatirələrini bölüşüb.

O, bildirib ki, əvvəlcə sözügedən layihədə ikinci dəfə iştirak etmək istəməyib, lakin, ilk bölümdə başında meyvə ilə canlandırdığı obraza marağı gördükdə fikrini dəyişib.

"Mən, doğrudan da, ikinci seriyada çəkilmək istəmirdim. Ancaq gördüm ki, hara gedirəm, uşaqlar məni görüb deyirlər ki, Elza xanım siz "müğənniçi"siz. Mən sizi tanıyıram, bilirsiniz, haradan tanıyıram? Başınızda meyvə var, oradan tanıyıram. Bu uşaq mənim mahnımı hələ ki, bilmir, amma məni meyvədən tanıyır".

Qeyd edək ki, Seyidcahan "Hozu 2"nin anonsunda meyvədən fərqli olaraq bu dəfə başına pomidor qoyması ilə diqqət çəkib.

Milli.Az


Etiketlər:  Uşaqlar məni başımdakı meyvədən tanıyır Elza


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ