Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

General-leytenant Heydər Piriyev Gürcüstanda konfransda iştirak edib - FOTO

General-leytenant Heydər Piriyev Gürcüstanda konfransda iştirak edib - FOTO

Tarix: 26 Oktyabr 2022 17:33

Milli Müdafiə Universitetinin rektoru, professor, general-leytenant Heydər Piriyevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanın Qori şəhərində "NATO prioritetləri və Cənubi Qafqaz - status-kvo və dəyişikliklər" mövzusunda keçirilən elmi-praktik konfransda iştirak edib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Gürcüstanın David Ağmaşenebeli Milli Müdafiə Akademiyasında təşkil olunan konfransda general-leytenant H.Piriyevin "İkinci Qarabağ Müharibəsinin hərbi aspektləri" mövzusunda çıxışı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Konfrans zamanı Azərbaycan Ordusunun digər nümayəndələrinin də müxtəlif mövzularda əyani və virtual çıxışları dinlənilib.


Etiketlər:  General leytenant Heydər Piriyev Gürcüstanda konfransda iştirak edib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ