Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səudiyyə Baydenlə gizli sövdələşməyə gedibmiş? - Nüfuzlu nəşrdən sensasion iddia

Səudiyyə Baydenlə gizli sövdələşməyə gedibmiş? - Nüfuzlu nəşrdən sensasion iddia

Tarix: 26 Oktyabr 2022 22:44

ABŞ Prezidenti Cozef Baydenin iyul ayında reallaşan Yaxın Şərq səfəri zamanı Səudiyyə Ərəbistanı ilə payızdan neft hasilatının artırılması ilə bağlı razılaşma əldə edibmiş. Lakin sonradan Ər-Riyad Ağ Evi təəccübləndirərək öz qərarını dəyişib.

Sonxeber.net musavat.com-a istinadən bildirir ki, bu barədə "The New York Times" öz mənbələrinə istinadla belə sensasion məlumat yayıb.

Qəzet bildirir ki, yayda Bayden Səudiyyə rəhbərliyi ilə ən azı ilin sonunadək OPEK+ çərçivəsində hasilatın azaldılması təşəbbüsünə qoşulmayacağına dair gizli razılaşma əldə edib. Bu, Konqresə aralıq seçkilər ərəfəsində Bayden administrasiyası və Demokratlar Partiyasının mövqeyini gücləndirəcəkdi. Lakin oktyabrın 4-də OPEK+ nazirləri toplantısında gözlənilmədən Ər-Riyad tam fərqli mövqe sərgiləyərək hasilatın azaldılmasını dəstəkləyib. Maraqlıdır ki, hətta nazirlərin toplantısına bir neçə gün qalana qədər Səudiyyə şahzadəsi Məhəmməd ibn Salman əl-Səud Ağ Evi əmin edibmiş ki, iyuldakı razılaşmaya sadiqdirlər və hasilatın azaldılmasına razılaşmayacaqlar. Onun verdiyi sözə əməl etməməsinin Bayden administrasiyasında böyük qəzəbə səbəb olub.

Qəzet bildirir ki, hazırda Ağ Ev dekabrda Rusiya neftinə qiymət tavanı təyin olunan zaman Səudiyyə hasilatı artırmadığı təqdirdə bazarda sürətli bahalaşmanın qarşısını almaq üçün ciddi hazırlıqlar görməkdədir. Ağ Evdəki mənvələr qəzetə bildiriblər ki, Rusiya qiymət tavanına görə neft satışını dayandıracağı təqdirdə Səudiyyə hasilatı artırmasa, ABŞ bunu Rusiyaya birbaşa dəstək kimi qiymətləndirəcək.


Etiketlər:  Səudiyyə Baydenlə gizli sövdələşməyə gedibmiş Nüfuzlu nəşrdən sensasion iddia


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ