Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tovuzda evlərdən oğurluq edilib, saxlanılan var

Tovuzda evlərdən oğurluq edilib,  saxlanılan var

Tarix: 27 Oktyabr 2022 08:52

Tovuzda müxtəlif vaxtlarda 2 evdən oğurluq edilib, hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Milli.Az "Report"a istinadən bildirir ki, rayon ərazisindəki evlərin birindən 5 500 manat dəyərində qızıl-zinət və məişət əşyaları, digər evdən isə 10 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hər iki evdən oğurluq etməkdə şübhəli bilinən rayon sakini A.Rüstəmov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Tovuzda evlərdən oğurluq edilib saxlanılan var


RƏYLƏR