Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Oktyabr 2022 15:12
Müharibə cinayətləri törətmiş Ermənistanın cəzasızlığına son qoyulmalıdır.
Sonxeber.net xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Ermənistanın Bərdə şəhərinə raket hücumunun ikinci ildönümü ilə əlaqədar bəyanatında deyilir.
"İki il əvvəl, oktyabrın 27-dən 28-ə keçən gecə Ermənistan atəşkəs rejimini pozaraq Bərdəni kasetli bombalarla atəşə tutub. Bu, ikinci Qarabağ müharibəsi dövründə mülkiyə əhaliyə qarşı ən ölümcül hücum olub. Hücum nəticəsində 27 nəfər, o cümlədən 2 yaşlı qız həlak olub, 70-dən çox şəxs yaralanıb. Müharibə cinayətləri törətmiş Ermənistanın cəzasızlığına son qoyulmalıdır", - bəyanatda deyilir.