Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Oktyabr 2022 21:03
Hipotriozun xüsusi formalarından biri endemik ur xəstəliyidir. Bu xəstəlik ərzaq maddələrinin və suyun tərkibində yod birləşmələrinin az olması nəticəsində inkişaf edir. Xəstəlik torpağında və suyunun tərkibində yodlu birləşmələrin az olduğu coğrafi ərazilərdə rast gəlindiyinə görə ona endemik ur adı verilmişdir.
Endemik ur qalxanabənzər vəzinin hipertrofiyası ilə müşayət edilir. Xəstəlik tədricən inklişaf edir. Bu zaman yod çatışmazlığı nəticəsində tiroid hormonların sintezi və sekresiyası azaldığından hipofizdən TTH sekresiyası artır. Bu əks-əlaqə mexanizminə görə baş verir. Bu proses qalxanabənzər vəzin kompensator hipertrofiyasına səbəb olur. Xəstəliyin ağır hallarında həddindən artıq böyümüş qalxanabənzər vəzi traxeyaya və onun yanından keçən sinir-damarlara təsir edərək xəstədə narahtlıq törədir. Hipertrofiyaya uğramış qalxanabənzər vəzi qanda olan yodun nisbətən artıq hissəsini mənimsəyə bildiyinə görə xəstələrdə alimentar yod çatışmazlığı uzun müddət kompensasiya edilir. Xəstələrdə hipofiz əlamətləri uzun müddət yod çatışmazlığı davam etdikdə meydana çıxır.
Bəzi hallarda xəstəliyin əmələ gəlməsinə yodun bağırsaqlardan sorulmasının pozulması da səbəb ola bilir.
Endemik ur xəstəlikləri baş verən ərazilərdə xəstəliyin profilaktikası məqsədilə, xəstəliyin yayıldığı ərazilərdə əhaliyə tərkibində yod olan duzdan istifadə etmək məsləhət görülür.