Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Oktyabr 2022 20:04
Paytaxt Bakıda əksər sürücülər "Aİ- 92" markalı benzinin keyfiyyətsiz olduğunu iddia edirlər.
Bununla bağlı ''Xəzər Xəbər'' in vatsap nömrəsinə sürücülər tərəfindən çoxsaylı şikayətlər daxil olur.
Sürücülərin sözlərinə görə, bu növ yanacaqdan istifadə zamanı avtomobillərin müxtəlif detalları sıradan çıxır.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, sürücülərin bu iddiasını avtomobil ustası Sahil Ağabəyli də təsdiq edib.
Onun sözlərinə görə ''Aİ- 95'' markalı benzin bahalaşdıqdan sonra bəzi sürücülər ''Aİ-92''dən istifadə etməyə məcbur qalıblar. Amma usta hesab edir ki, bu tendensiya doğru deyil. Onun sözlərinə görə, ''Aİ- 95'' markalı yanacaq hansı avtomobillər üçün nəzərdə tutulubsa, ondan da istifadə edilməlidir. Əks halda nəqliyyat vasitəsinə ziyan dəyir.
Yanacaqdoldurma məntəqələrindən isə bildirdilər ki, ''Aİ-92'' markalı yanacaq zavoddan alındığı keyfiyyətdə, heç bir müdaxilə edilmədən satılır.
Məsələ ilə bağlı ''SOCAR''a müraciət etdik. Qurumdan bildirildi ki, 92 oktanlı benzin Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal olunur. Benzinin keyfiyyət göstəriciləri texniki şərtlərin tələblərinə tam uyğundur. Göstəricilərdə heç bir kənara çıxma yoxdur.
Sürücüləri maraqlandıran digər bir sual isə "Aİ-95" markalı benzinin hansı ölkələrdən idxal edilməsidir.
Yanacaqdoldurma məntəqələri isə bununla bağlı ünvanladığımız sualı cavablandırmaqdan boyun qaçırdılar.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: