Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gömrükdə bədənində 1100 arı daşıyan şəxs saxlanılıb

Gömrükdə bədənində 1100 arı daşıyan şəxs saxlanılıb

Tarix: 28 Oktyabr 2022 20:36

Gürcüstan-Türkiyə sərhədində bədənində 1100 arı daşıyan şəxs saxlanılıb
Sarpi keçid məntəqəsində (Gürcüstan-Türkiyə sərhədi) bədənində 1100 arı daşıyan şəxs saxlanılıb.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

Həmin şəxs rentgen skanerindən və metal detektorundan keçən zaman türkiyəli sərhədçilər şübhələniblər. Məlum olub ki, onun bədənində arıların olduğu kiçik qutular var. Kiçik qutular kəmərinin üzərinə birləşdirilmişdi.

Həmin şəxs sərhədi keçərkən Türkiyə gömrüyü tərəfindən saxlanılıb. O, Gürcüstandan Türkiyəyə gedirmiş.

Həmçinin avtomobildə yanacaq çənində konteynerdə gizlədilən 100 kiloqramdan çox şabalıd balı aşkar edilib.


Etiketlər:  Gömrükdə bədənində 1100 arı daşıyan şəxs saxlanılıb


RƏYLƏR