Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukrayna İrandan tələb etdi: Dayandır!

Ukrayna İrandan tələb etdi: Dayandır!

Tarix: 28 Oktyabr 2022 23:18

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə D.Kuleba Tvitterdə məlumat yayıb.

"Bu gün mənə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian zəng etdi və bu zaman mən İrandan Ukraynada mülki əhalinin öldürülməsi və kritik infrastrukturun məhv edilməsi üçün istifadə olunan silahların Rusiyaya axınını dərhal dayandırmasını tələb etdim", - deyə Kuleba bildirib.

Nazir İran tərəfinin bu tələbə reaksiyasının necə olduğunu açıqlamayıb. İran rəsmiləri hələlik danışıqların nəticəsi barədə məlumat verməyiblər.


Etiketlər:  Ukrayna İrandan tələb etdi Dayandır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ