Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Oktyabr 2022 13:10
Bir müddət əvvəl həmkarı, həyat yoldaşı Oksana Rəsulovadan boşandığını açıqlayan aktyor və aparıcı Şəhriyar Əbilov oğlu Osmandan söz açıb.
Sonxeber.net bizim.media-ya istinadən xəbər verir ki, Şəhriyar "Space maqazin" verilişində dörd yaşlı övladının Oksana ilə deyil onunla yaşadığını açıqlayıb.
"Hər gün altının yarısı oğlumu bağçadan götürürəm. Gəzib, oynayıram onunla. Bir sözlə övladımla dostam.", - deyə Ş.Əbilov bildirib.
Şəhriyar "Osman sizinlə qalır" sualına isə "Hər ikimizlə qalır" cavabını verib.
Qeyd edək ki, O.Rəsulova sentyabrın əvvəlində həyat yoldaşı Şəhriyar Əbilovla boşandığını açıqlayıb. Cütlük ötən il verilişlərin birində evli olduqlarını bildirimişdilər.